Saytlara dəstək layihəsində qaranlıq qalan məqamlar AÇIQLANDI
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli agentliyin onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirib.
Valyuta.az Qaynarinfo.az-a istinadən həmin sualları və onlara verilən cavabları təqdim edir.
- Kütləvi informasiyanın məzmununu yaratmayan redaksiya əməkdaşları texniki işçi sayılır. Məsələn, bu qəzetlərin nümunəsində korrektor, ədəbi redaktor, dizayner ola bilər, veb-saytlarda isə veb-master, texniki dəstəkçi və s. texniki işçi sayıla bilər.
- Müsabiqə Qaydalarının 4.2-ci maddəsində qeyd olunub ki, üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olanlar müsabiqəyə qatıla bilməz...
- "4.2. Kütləvi informasiya azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan onlayn media subyektləri (veb-saytlar) müsabiqəyə buraxılmır”. Söhbət müsabiqəyə qədərki 1 il ərzində olan müddətdən gedir.
- Hazırda qüvvədə olan və hələ yerinə yetirilməmiş qərardan söhbət gedir, yoxsa nə vaxtsa olan məhkəmə qərarları da buna aiddir?
- Əgər müsabiqə elan olunan günə qədərki 1 il ərzində barəsində məhkəmə qərarı yoxdursa, müsabiqəyə qatıla bilər.
- Məhkəmə qərarlarının konkret hansı maddələri əhatə etməsi ilə bağlı bir izahat varmı?
- Söhbət ümumi məhkəmə qərarından gedir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay