BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
13230

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Valyuta.az-a daxil olan müraciətdə deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq iyunun 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Bundan əlavə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı və dolu düşəcəyi gözlənilir.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli və əlverişsiz hava şəraitinin, o cümlədən ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Həmçinin, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Qeyd edilir ki, eləcə də ildırım çaxan zaman evdəsinizsə, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın:

“Telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın və elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın. Yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.). Daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Eləcə də, yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun. Avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin. Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin