BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
13193

Milli Məclisin deputatı Naqif Həmzəyev Aİ-95 markalı benzinin qiymətinin qalxmasından danışıb.

Valyuta.az-ın verdiyi xəbərə görə, deputat Modern.az-a açıqlamasında, qiymət artımının sürücülər üçün heç də yaxşı xəbər olmadığını qeyd edib.

Bu məsələnin sürücülərimizi, vətəndaşlarımızı istər-istəməz narahat etdiyini deyən N.Həmzəyevin sözlərinə görə, həm də sual doğuran məqamlar var:

“Bu növ benzin nə üçün bu günə qədər Azərbaycanda istehsal edilmir? Axı biz neft ölkəsiyik, xaricə neft ixrac edirik. Bizim bu benzin növünü istehsal etmək üçün kifayət qədər imkanımız var. Əgər istehsal etsəydik, qiymət artımı olmazdı və sürücülər bu qədər böyük xərcə düşməzdi”. 

Deputat qeyd edib ki, hər dəfə benzinin qiyməti qalxdıqdan sonra bir sıra məhsullarda, xüsusilə ərzaq məhsullarında süni qiymət artımının şahidi oluruq: 

“Biz istəməzdik ki, belə bir hal olsun. Düşünürəm ki, aidiyyatı qurumlar çalışmalıdır ki, digər məhsullarda süni qiymət artımının qarşısı alınsın və əhalimiz çətin vəziyyətə düşməsin”.

Bu gündən Azərbaycanda Aİ-95 premium markalı benzinin qiyməti 1.40 AZN olub. Qiymət artımına qədər Aİ-95 benzini 1.25 AZN idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin