Toylar bərpa olunmalıdır – Deputatdan TƏLƏB
“Yoluxma saylarındakı azalmalar toyların keçirilməsinə imkan verir. Ona görə də toylar bərpa olunmalıdır”.
Valyuta.az xəbər verir ki, bu tələbi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a müsahibəsində səsləndirib.
Bunun üçün müəyyən qaydaların işlənib hazırlanmasının vacibliyini diqqətə çatdıran deputat, burada söhbətin 1000, 500 nəfərlik toylardan getmədiyini vurğulayıb:
“Açıq havada 100-150 nəfərlik toylara icazə verilməlidir. Həm də siz deyən kimi, toy insanlar üçün iş yeridir. Yəqin ki, növbəti yumşaldılmalarda buna gediləcək. Çünki toy, yeni ailələrin qurulması vacib məsələlərdən biridir. İnsanlar var ki, pandemiya başlayandan toy gözləyir, nişanlı qalıblar, yaşları ötür”.
“Elə dediyiniz insanlardan gizli toy edənlər də var...”, – fikrinə aydınlıq gətirən V.Əhmədov, o insanları başa düşdüyünü diqqətə çatırıb:
“Amma bu, qanun pozuntusudur. Gənc qızlar, oğlanlar ailə qurmaq istəyirlər. Onları da başa düşmək lazımdır. Ona görə insanların bu istəklərinə qanuni şəkildə icazə vermək lazımdır ki, sabahısı gün toya basqın edilməsin, qan-qaraçılıq olmasın”.
Onun fikrincə, toylarla bağlı Operativ Qərargah tərəfindən qərarlar veriləcəyi gözlənilir:
“Şəxsən mən bunun tərəfdarıyam. Toylar olsun, amma pandemiya gözlənilmək şərti ilə. Bu barədə həmkarlarım tərəfindən parlamentdə də məsələ qaldırılıb, düşünürəm ki, müsbət həllini tapacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay