BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
13186

Maliyyə Nazirliyinə vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təklif və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar təqdim edilə biləcək.

Bu barədə Valyuta.az-a Maliyyə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydası” təsdiq edilib.

Həmin qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqust ayının 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin