BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
13084

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Son bir ay ərzində isə Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib.

 

Maraqlıdır, lirənin ucuzlaşmasının Azərbaycan üçün nə kimi təsirləri ola bilər?

 

Valyuta.az xəbər verir ki, mövzunu Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli lirənin dəyər itirməsinin Azərbaycanda ucuzlaşmaya səbəb olacağını bildirib. 

Ekspert artıq bəzi brendlərdə qiymətlərin aşağı düşdüyünü deyib:
 
"Türkiyə lirəsi bazar iqtisadiyyatı şəraitində tənzimlənən məzənnələrdən biridir və bu məzənnə tez-tez oynayır. Azərbaycan manatının məzənnəsi isə sabitdir, çünki inzibati qaydada tənzimlənir. Türk lirəsinin qiymətinin düşməsi Azərbaycana türk məhsullarının ixracını stimullaşdıran amilə çevrilir. Bu baxımdan türk məhsulları ölkəmizə daha çox gətiriləcək və bu məhsullarda ucuzlaşma qeydə alınacaq. Lakin hələ ki, belə dəyişiklik nəzərə çarpacaq dərəcədə hiss edilmir".
 
N.Cəfərli ucuzlaşmasının qarşıdakı zaman ərzində daha çox hiss ediləcəyini vurğulayıb: 

"Bir müddət lazımdır ki, Azərbaycana yeni məzənnə ilə gətirilən məhsullar bazara çıxarılsın və ucuz qiymətə təqdim edilsin. Artıq Bakıda bəzi mağazalarda Türkiyədən gətirilən geyim məhsullarında, bir sıra brendlərdə ucuzlaşma hiss olunur. Lakin ümumilikdə ciddi şəkildə ucuzlaşma hiss edilmir. Əgər məzənnə davamlı şəkildə aşağı olaraq qalarsa, biz qiymətlərin daha da azalmasının şahidi olacağıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin