BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12961

Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyasının hər iki yolu dəmir-beton bloklar üzərində qurulub. 

Metropolitendən Valyuta.az-a verilən məlumata görə, bu stansiyada həyata keçirilən bu innovativ yenilik xəttin başlanğıc və sonunda deyil, məhz orta sahələrində yerləşən stansiyalardan birində həyata keçirildiyindən metropoliten tarixində ən məsuliyyətli layihələrdən biri kimi yer alacaq.

Orada işlər köhnə ağac şpalların və yolun üstquruluş elementlərinin sökülərək çıxarılması, beton özülün dağıdılması ilə başlanıb. Daha sonra yeni yol yatağının texnoloji normalara müvafiq səviyyəyə gətirilməsi üçün işlər aparılıb. Bunlara paralel olaraq, beton qırıntılarının stansiya yollarından daşınaraq çıxarılıb, beton məhlulun stansiya yollarına ötürülməsi üçün boru xətti, suaxarların yönləndirilməsi üçün müvəqqəti tədbirlər və s. hazırlıq işləri görülüb.

İşlərin ikinci mərhələsi çərçivəsində əvvəlcə yolun hamar alt qatının beton təbəqəsi qurulub. Ardınca inşaatın norma və qaydalarına, eləcə də yeni yolun çəkilməsinin texnoloji proseslərinin tələblərinə uyğun olaraq, dəmir-beton konstruksiyaların yığılmasına başlanılıb. Konstruksiyalar qurularaq, üstquruluş elementləri düzüldükdən sonra yolun texniki-normativ tələblərə uyğunluğunu yoxlamaq məqsədilə diaqnostik müayinəsi aparılmaqla betonlama işlərinə başlanılıb.

İstehsal olunmuş dəmir-beton blokların və digər üstquruluş elementlərinin stansiyaya daşınması da mərhələlərlə başa çatdırılıb. Dəmir-beton bloklar Almaniyanın “Vollert” müəssisəsinin texnologiyalarından istifadə olunmaqla “Bakı Metropoliteni” QSC-nin öz istehsalat sahəsinin məhsuludur. 

Bu yollar qatarın daha rəvan və daha təhlükəsiz hərəkəti baxımından da üstün texnoloji yenilikdir.

“Elmlər Akademiyası” stansiyasında aparılan təmir-yenidənqurma işlərinin üçüncü mərhələsində relslərin qoyulması, üstquruluş elementlərinin yığılıb bərkidilməsi işləri aparılıb. 

Qeyd edək ki, burada yolun üst quruluşunun yığılmasında müasir sistemlərin tərkib hissəsi olan və səmərəli variant sayılan "Vossloh-300 UTS" tipli rels bəndləri tətbiq edilib. Təkrar diaqnostika müayinələri yeni yolun ideal vəziyyətdə olduğunu müəyyənləşdirib. Bu işlərin  yekunu olaraq, təmas relsi quraşdırılmaqla, stansiya yolunun estetik görkəmini təmin edən ətraf mühitin təsirlərindən də qoruyan rəngləmə işləri aparılıb.

Yekunda aparılan təmizik işlərindən sonra yeni yol qatarların hərəkəti şəraitində yoxlanılıb.

Stansiyada aparılan təmir-quraşdırma və bərpa prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın “COVID-19” pandemiyası dövründə müəyyən etdiyi tələblər və normalara uyğun qaydada təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin