BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12781

“Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır”. 

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev söyləyib.

Ötən şənbə həmişəki kimi Xırdalandan şəhərə gəldiyini deyən ekspert, 20 Yanvar metrosuna çatanda, metro və şəhərdaxili nəqliyyat işlmədiyindən sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəyə məcbur olduqlarının şahidi olub: 

“Metro yanı dayanacaqlar taksilərlə dolu idi və insanlar 4 nəfər olmaqla maşında oturub ünvana gedirdilər. İlk baxışdan hər şeyin normal olduğu görünür. İnsanlar ünvana gedib çata bilirdilər. Bəs problem nə idi?”

S.Əliyev problemləri bir-bir sadalayıb:

“Yoluxmanın qarşısı alınmır. Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. 

Gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı  manat olduğundan avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir. 

Tıxaclar yaradır. Şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə "1 manatlıq" taksilər hsabına tıxac yaradır. Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.

Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır”.  

Onun fikrincə, eyni məsələni rayonlararası nəqliyyatın işləməməsi məsələsinə də şamil etmək olar: 

“Böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir. Ümid edirəm bu əsaslandırmalar qırarı ləğv etmək üçün Operativ Qərargah üçün qanedici olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin