BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
12730

Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycanda büdcə-vergi siyasəti üzrə konkret hədəflər, kəmiyyət göstəriciləri deyil, ümumi istiqamətlər müəyyənləşdirilməsi səbəbindən fəaliyyətin nəticəliliyinin ölçülməsi mümkünsüz olub, eləcə də 2019-cu ilin büdcə-vergi siyasətinin tərkib hissəsi kimi qeyd edilmiş bəzi istiqamətlər ilə bağlı praktiki işlər hal-hazıradək yekunlaşdırılmayıb.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

2020-ci ilin faktiki nəticələri üzrə büdcə parametrlərində bir sıra müsbət meyillər, o cümlədən əvvəlki illərə nisbətən dövlət büdcəsinin istər ümumilikdə, istərsə də vergi orqanlarının xətti ilə qeyri-neft gəlirlərinin artması və könüllü bəyanetmə səviyyəsinin yüksəlməsi müşahidə olunub ki, bu da büdcə-vergi siyasətinin tərkibində gəlir siyasəti üzrə qabaqcadan nəzərdə tutulmuş hədəflərə əsasən nail olunduğunu deməyə əsas verir.

Digər tərəfdən isə 2020-ci il üçün büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlər konkret hədəflər və kəmiyyət göstəriciləri kimi deyil əvvəlki illərin təcrübəsinə uyğun ümumi istiqamətlər kimi müəyyənləşdirilib ki, bu isə həmin istiqamətlər üzrə fəaliyyətin (inzibatçılığın) hesabat ili ərzində nə dərəcədə səmərəli təşkil olunması səviyyəsinin (yəni, hədəflərə hesabat ili üzrə hansı səviyyədə nail olunmasının) qiymətləndirilməsini mümkünsüz edir.

Eyni zamanda, 2019-cu ilin büdcə-vergi siyasətinin tərkib hissəsi kimi qeyd edilmiş aksizli və məcburi nişanlanmalı malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi məqsədilə Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat sisteminin, eyni zamanda vergi və gömrük sahəsində qüvvədə olan və təklif olunan güzəştlərə və azadolmalara dair mərkəzləşdirilmiş reyestrin aparılması, həmin güzəştlərin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi sisteminin tətbiq olunması ilə bağlı praktiki işlər indiyə qədər yekunlaşdırılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

ABŞ "Huawei"yə yarımkeçirici satmağı qadağan edir

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq - XƏBƏRDARLIQ

3 lizinq şirkəti bağlandığını elan etdi

Müavinət və Prezident təqaüdlərinə bu qədər vəsait ödənilib

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin