BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12547

"Kütləvi yürüş olmadıqda və ya vətəndaş təkdirsə, sosial məsafəni qorumaq şərtilə tibbi maskalardan açıq havada istifadə məcburiyyəti, fikrimcə, qaldırıla bilər. Həmçinin müəyyən məhdudiyyətlər tətbiq etməklə, toy və yas mərasimlərinin keçirilməsinə də icazə verilməlidir".

Valyuta.az xəbər verir ki, bunu Trend.az-a açıqlamasında, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, mütəxəssislərin də rəylərini nəzərə alaraq, deyə bilərik ki, açıq havada maskadan istifadənin faydasından çox zərərləri var: 

"Ötən illə müqayisə etsək, görərik ki, yanvar ayından etibarən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir və bu sahədə irəliləyişlər müşahidə edilir. Həmçinin müəyyən dərəcədə təcrübəmiz də var. Xatırlayırsızsa, ötən il virusun hansı yolla yayıldığı, təhlükənin daha çox haradan qaynaqlandığı və s. primitiv məsələlər belə, məlum deyildi. Yəni indi vətəndaşlar nisbətən daha çox maarifləniblər. Beləliklə, iyunun 1-dən başlayaraq gücləndirilmiş karantin rejimi başa çatır”. 

Karantin müddətinin uzadılıb-uzadılmayacağını isə deputat, təbii ki, Operativ Qərargah tərəfindən müəyyən ediləcəyini söyləyib: 

“Lakin kütləvi yürüş olmadıqda və ya vətəndaş təkdirsə, sosial məsafəni qorumaq şərtilə tibbi maskalardan açıq havada istifadə məcburiyyəti, fikrimcə, qaldırıla bilər. Çünki faktiki olaraq, maska taxıldığı halda açıq havada hərəkət etmək mümkün deyil. Bu, bir sıra fəsadlar yaradır. Düşünürəm ki, bu məsələyə mütləq baxılmalıdır və Milli Məclisin növbəti iclaslarının birində məsələ gündəmə gətiriləcək".

N.Həmzəyevin sözlərinə görə, toyların keçirilməsinə qoyulan məhdudiyyətlər sosial problemlərə səbəb olur: 

"Paralel olaraq, xarici ölkələrdə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təcrübə var. Azərbaycanda da toy və yas mərasimlərinin keçirilməsi üçün müəyyən qaydalar tətbiq edilməli, mütləq say məhdudiyyəti qoyulmalıdır. Restoranlarda vətəndaşların sosial məsafəni qoruyub əyləşə bildikləri kimi toylarda da eyni qayda tətbiq edilə bilər. Hesab edirəm ki, bu məsələ də qısa zamanda həllini tapacaq. Çünki 1 ildən çox müddətdir ki, toyların keçirilməsinə qadağa qoyulması sosial problemlərin yaranmasına səbəb olub”. 

Nişanlı cütlüklər ailə qurmaqdan imtina etdiyini deyən N.Həmzəyev vurğulayıb ki, kreditlə cehiz alan valideynlər toy edib krediti bağlamaq istədikləri halda bunu edə bilmirlər və nəticədə problemli kreditlər yaranır və s. 

Onun sözlərinə görə, bir sözlə, müəyyən məhdudiyyətlər tətbiq etməklə, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin