BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
12494

Ötən gün Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.
 
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat, saxta tibbi arayışla bağlı halların çoxaldığını bildirib: 

"Gəncədə də bu istiqamətdə müəyyən olunmuş halla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, həmin saxta sənədlərin kimlər tərəfindən verilməsi, tərtib olunması kimi məqamlar müəyyənləşdiriləcək və lazımi cəzalarını alacaqlar. Hər bir cəmiyyətdə belə saxta hərəkətlər mövcuddur. Ən əsası odur ki, bu cür hallar aşkar edilir və araşdırılır”.

A.Badamov həmçinin vaksin vurdurmayan, bunun əvəzinə saxta yollara əl atan vətəndaşlardan da söz açıb: 

"Vətəndaşların vaksindən boyun qaçırmaqları fikrimcə, məsuliyyətsizliyin göstəricisidir. Çünki insan şüurlu şəkildə dərk etməlidir ki, koronavirus təhlükəsindən, virusun yarada biləcəyi ağır fəsadlardan qorunmağın yeganə yolu peyvəndlərin vurulmasıdır. Dövlət də vətəndaşların sağlamlıqlarını düşünürək böyük vəsaitlər sərf edərək ölkəmizə vaksin gətirir və insanları pulsuz şəkildə vaksinləşdirməklə bəşəriyyəti narahat edən bu təhlükədən qorumağa çalışır”.

Millət vəkili təəssüflə qeyd edib ki, bəzən sosial şəbəkələrdə də vaksinlərlə bağlı anti-təbliğat kampaniya xarakterli məlumatlar paylaşılır: 

“Hər bir insan düşünülmüş şəkildə vaksin vurdurmalı, həm özünü qorumalı, həm də cəmiyyətin sağlamlığına öz töhfəsini verməlidir. Vaksin vurulması ilə bağlı saxta yollarla arayışların alınması isə yolverilməzdir. Belə hallar müəyyən olunduğu təqdirdə müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görülür”.

Qeyd edək ki,  Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədlər, dövlət təltifləri, möhür, blank, ştamp və s. saxtalaşdırılması, qanunsuz hazırlanması, satılması və ya saxta sənədlərdə istifadə edilməsinə görə məsuliyyət müəyyən edilib. Saxta arayış verən həkimlər 3 min manata kimi cərimə oluna, həmçinin onları ya 2 ilədək müddətə islah işləri və 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin