BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
12357

Yayda insanların sərinləmək üçün düşündüyü ilk şey sərinləşdirici sulardır. 

Sərinləşdirici suların satışı və istehlakı zamanı yol verilən səhvlər hansılardır və nələr düzgün əməl olunmur?

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Cavidan Quliyev bildirib ki, suyun orqanizmə faydalarını nəzərə alaraq yetkin yaşda olan insanlar çəkisinin hər kiloqramına 40 qram su istehlak etməlidir.

Onun sözlərinə görə, orta hesabla 70-75 kiloqram çəkidə olan insanlar 2,5-3 litr su içməlidirlər:

“Su məhsullarının çeşid çoxluğu və əlçatanlığı insanlara geniş imkanlar verir. Bəzi hallarda isə məhsulların çoxluğu müəyyən problemlər yaradır. Qablaşdırılmış su məhsulları alarkən istehlakçıların diqqət etməli olduqları üç məqam var. Bunlardan birincisi, məhsulların saxlanma şəraitidir. İkincisi etiket məlumatlarına və yararlıq müddətinə baxılmalıdır. Sonuncusu isə bu məhsulların orqaniklik göstəricilərdir. İçməli sular təkcə sadə qazlı mineral sularla yekunlaşmır. Eyni zamanda alkoqollu, şəkərli, qazlı, meyvə suları və kofein tərkibli energetik içkilər də içməli sulara aiddir. Bunların da hər biri müxtəlif qablaşmalar içində isteklakçılara təqdim olunur”.

Mütəxəssis bildirib ki, mütləq məhsulun satıldığı yerə diqqət etmək lazımdır:


“Yəni məhsullar etiketdə göstərilən saxlanma şəraitinə müvafiq saxlanılmalı və satışı həyata keçirilməlidir. Yəni, günəş şualarının birbaşa təsirinə məruz qalmamalıdır. Çünki bu məhsulların yararlılıq müddətini və qida dəyərini qoruyub saxlaması üçün soyuq və sərin yerdə saxlanılması məqsədə uyğundur. Bu məhsullar yüksək temperaturda və günəş şuaları ilə təmasda olarsa, xüsusilə də plastik qablarda olan suların tərkibində müəyyən dəyişikliklər baş verir. Plastik qabdan suların tərkibinə toksik maddələr daxil ola, qablaşma daxilində müəyyən mikrobioloji proseslər gedə bilər. Belə olan halda məhsullar keyfiyyət göstəricilərini itirir və istehlak üçün yararsız olur. Bu da insan orqanizmində problemlərə yol açır. Yuxarıda sadaladığım üç məqamdan kənara çıxma baş verərsə, həmin məhsullarda yaranmış hər hansı bir nöqsan yekunda onu istehlak edən insanın oqranizmində problemlər yaradır”.

C.Quliyev əlavə edib ki, bəzən insanlar məhsulun sonuncu istehsal tarixinə diqqət etmirlər:

“Yayın qızmarında insanlar çox susadıqları üçün ilk görüdükləri mağazaya girib suyu alıb içirlər. Amma istehsal və istehlak tarixinə mütləq baxmalıdırlar. Vaxtı keçmiş suların heç bir faydası yoxdur, əksinə insan orqanizmi üçün bəzi fəsadlar yarada bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin