Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsinə başlayıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.
Onun sözlərinə görə, bu işlərin Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı da həyata keçirilməsi nəzərdə tutulub.
“Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısında bu, çox yumşaqdır. Hətta Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini bu il fevralın 15-də qoyulub. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişdə mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay