Sosial
17.05.2021 / 16:48
Əhalinin NƏZƏRİNƏ: Bu il hansı çimərliklər ödənişsiz olacaq?
12304
Bakı şəhəri üzrə altı ictimai çimərlik tam hazır vəziyyətə gətirilib.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Sahil, Pirşağı, Şıxov, Buzovna, Görədil və Novxanı qəsəbəsində yerləşən ictimai çimərliklər artıq dəniz mövsümünə hazırdır.
Əlavə edilib ki, ictimai və digər özəl çimərliklərin nə zaman fəaliyyət göstərib-göstərməyəcəyinə gəldikdə isə bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra məlum olacaq.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, çimərliklərin nə zaman fəaliyyətlərini bərpa edəcəyi ilə bağlı hələ ki, müvafiq bir qərar yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay