"İdeal”-ın keçmiş sahibinin məhkəməsi təxirə salındı
Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Valyuta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işinə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var və o bu gün test verib.
Məhkəmə prosesi bu səbəbdən mayın 24-nə qədər təxirə salınıb.
Qeyd edək ki, İ. İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay