BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
12289

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və  Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb.

Valyuta.az xəbər verir ki, bu barədə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib. 

Bu cür uyğunsuzluqların ortaya çıxmasının fermerin 1 və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olduğunu deyən R.Zeynallı bildirib ki, ona görə də fermerlər bəyanları düzgün etməlidilər.

Şöbə müdiri, hazırda paralel olaraq monitorinqlərin də aparıldığını diqqətə çatdırıb: 

“Subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5%-ə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5%-dən çox, 20%-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20–50% olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50%-dən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir”.

Qurum rəsmisi onu da əlavə edib ki, AKİA yazlıq və çoxillik əkinlərində (bağlar) hər hansı bir dəyişiklik etmiş fermerlərə EKTİS-də şəxsi kabinetlərinə daxil olub əkin bəyanlarında həmin yeniliyi də göstərməyi tövsiyə edir .

Qeyd edək ki, yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Xatırladaq ki, fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur. 

AKİA fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır. Fermerlər tərəfindən sistemə bu günə qədər təxminən 65% bəyan daxil edilib. Bəyan prosesi mayın 31-də başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Borcu olan hansı şəxslər ölkədən çıxa bilməz?- Açıqlama

Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib

5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır

Rezidentura imtahanının nəticələri açıqlandı

Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq

Qazaxıstan investorlar üçün "Qızıl Viza" proqramını istifadəyə verib

“Neuralink” xəstəsi beynilə video çəkib "YouTube"a yerləşdirdi

Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

Bu şəxslər də günərzi sosial xidmətlərlə əhatə olunacaq - Prezident təsdiqlədi

Daha iki ərazidə metro olacaq - AÇIQLANDI

Süni intellekt cinayətləri baş vermədən əvvəl aşkar edə bilərmi?

"Kartdan-karta" üsulu ilə işləyən sahibkarlara nəzarət tədbirləri bərpa olundu

​Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb

Azərbaycan Tibb Universitetinin ən yüksək keçid balları

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

Titanik gəmisində batmış ən qiymətli bağlama: 2 milyon dollarlıq quş lələyinin hekayəsi

Universitetlərdə plagiat həddi: Neçə faizə qədər qəbul edilir?

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu®

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu®

Su Meliorasiya Xidməti 100-cü tenderini elan etdi

Tramp xarici filmlərə 100% vergi qoyur

AZCON-da üç departamentə direktor təyin edilib

Gömrük daxilolmaları 4 ayda 2,6 mlrd manat olub

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 4 % artıb

Rəşad Nəsirov vəzifəsindən azad edildi

Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata yaxınlaşıb

Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata yaxınlaşıb

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Prezident məscidin təmirinə pul ayırdı

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalıb

Yarım milyard manatlıq kibercinayətlə bağlı məhkəmədə: Ofisdə aşkarlanan 700 min dollar pul bacıma aid idi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin