Nəqliyyat
17.05.2021 / 12:32
Bakının 6 rayonunda piyada təhlükəsizliyi gücləndirilib
12275
Piyada əlçatanlığının təmin edilməsi məqsədilə 165 küçədə pandus qurulub, 139 küçədə təhlükəsizlik tumbaları, 121 küçədə məhəccər quraşdırılıb, 61 küçənin səkiləri standartlara uyğunlaşdırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O əlavə eidb ki, 65 küçədə yeni səviyyəli piyada səkiləri quraşdırılıb:
“14 məntəqədə yeni piyada svetoforları quraşdırılıb. Ümumiyyətlə, görülmüş işlər nəticəsində Bakının 6 rayonunda əlçatanlıq və təhlükəsizlik gücləndirilib. Piyadaların təhlükəsiz hərəkəti 22 faiz artıb. Piyadaların rahat hərəkəti üçün 130 km səkinin davamlılığı təmin edilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay