BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
12055

“Dövlət COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bir sıra sosial dəstək tədbirləri həyata keçirdi. Dövlət sektorunda 900 minədək işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, əməkhaqqı ödənildi”. 

Valyuta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli APA-ya müsahibəsində söyləyib.

Özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısın alındığını deyən DMX sədri bildirib ki, bu sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib:

“Görülən tədbirlər nəinki əmək müqavilələrinin sayının azalmasına imkan verməyib, hətta, müqavilələrin sayında ciddi artım özünü göstərib. 2020-ci ilin əvvəli ilə müqayisədə müqavilələrin sayında 24% (və ya 154 min) artım qeydə alınıb. Əmək haqqı fondunda 12% artım olub, o cümlədən özəl sektorda 19% , dövlət sektorunda 5% artım qeydə alınıb. Ümumən son 3 ildə əmək müqavilələrinin sayı 30% və ya 400 min (300 min özəl, 100 min dövlət) artıb”

Onun sözlərinə görə, işsiz və xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlı 600 min şəxsin yaşayış minimumu (190 manat) həcmində birdəfəlik ödəmə ilə təminatı proqramı icra olunu:

“Belə ki, 2020-ci ilin aprel-may aylarında bütün ölkə üzrə 600 min şəxs, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələr üzrə 3 dəfə ödəmə, dekabr ayında yenidən bütün ölkə üzrə ödəmə aparılıb. Bu istiqamətdə ümumilikdə 450 mln. manat vəsait xərclənib. İctimai işlər proqramı genişləndirilib, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb”. 

M.Abbasbəyli vurğulayıb ki, işsiz şəxslərə işsizlikdən sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddətləri də uzadılıb:

“Dünya İqtisadi Forumunun (WEF) 2020-ci il üçün hesabatında işəgötürənlər üçün 2025-ci ilədək məntiqi təfəkkür və yeniliyə açıqlıq, tədqiqatçılıq, texnologiyadan istifadə, monitorinq və nəzarət, Texnoloji dizayn və proqramlaşdırma kimi bacarıqların əsas olacağı proqnoz edilir. Beləliklə, pandemiyanın uzunmüddətli təsirləri avtomatlaşdırma prosesinin sürətləndirilməsini şərtləndirir. COVID-19 xüsusilə fiziki yaxınlığı yüksək olan iş sahələrində avtomatlaşdırma və süni zəkanın daha sürətli qəbul olunması və tətbiqinə təkan verdi”. 

Pandemiyanın bir çox sahələrdə məsafəli işi zəruri etdiyini deyən Agentlik rəhbəri əlavə edib ki, müxtəlif iş yerlərində isə məsafəli işin başlaması və görülən işlərin daha səmərəli və məhsuldar ola bilməsi üçün həmin sahələrdə avtomatlaşdırmavə rəqəmsal texnologiyaların tətbiqivə xüsusən də keyfiyyətli tətbiqi üçün ciddi zəmin yaratdı: 

“Pandemiya səbəbindən iqtisadiyyatımızın və həyatımızın rəqəmsallaşmasının sürətləndirilməsi bir çox faydaları özündə birləşdirə bilər. Daha keyfiyyətli bir rəqəmsal infrastruktura investisiya qoymaq hər şeyi əhatə edən daha yaxşı imkanlar ekosistemi yaratmağa kömək edə bilər. İnsan kapitalımızı rəqəmsal bacarıqlara sahib edərək inkişaf etdirmək işlə təminatda yeni imkanlara üfüqaça bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin