BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
12048
Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb

 

“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi çərçivəsində alma meyvəyeyəni (Cydia pomonella) zərərvericisinin monitorinqinin aparılması üçün Quba və Qusar rayonlarında mövcud iqlim stansiyalarının əhatə dairəsindəki 20 təsərrüfatda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən feromon tələlər quraşdırılıb. 

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, məqsəd fermerlərin əlavə xərclərinin və ətraf mühitə dəyən zərərin azaldılması və məhsuldarlığın artırılmasına nail olmaqdır. 

Fermerlər tələlərin şəkillərini müəyyən olunmuş zaman qrafikində çəkərək Nazirliyin mütəxəssislərinə göndərirlər. Temperatur göstəricilərinə əsasən zərərvericinin inkişaf mərhələsini təyin edən modelə və yetkin fərdlərin tələlərdə aşkarlanma sıxlığına əsasən zərərvericinin məhsul itkisinə səbəb olan inkişaf mərhələsi, yəni tırtıl fazası təyin olunacaq. Bu barədə bildirişlər fermerlərə SMS vasitəsilə göndəriləcək. Bununla da fermerlər mübarizə tədbirlərini düzgün vaxtda yerinə yetirərək məhsul itkisini və qeyri-dəqiq pestisid istifadəsini azaldacaqlar. 

Qeyd edək ki, alma meyvəyeyəni respublikanın bütün rayonlarında alma və armud bitkiləri üçün təhlükə mənbəyi hesab olunur. Zərərverici kiçik boz kəpənək olub, qanadları açılan zaman böyüklüyü 18-20 mm, eni 10 mm-ə yaxın olur. Yazda, havanın orta gündəlik temperaturu bir neçə gün +10 ℃-dən yuxarı davam etdiyi zaman tırtıllar pup halına keçir. Puplardan uçan kəpənəklər cütləşərək yumurta qoymağa başlayır.  Zərərvericinin kənd təsərrüfatında itkilərə səbəb olan inkişaf mərhələsi tırtıl fazasıdır. Yumurtadan çıxmış tırtıllar əksər hallarda kasacıqdan və bəzi hallarda isə yan tərəfdən meyvəyə daxil olaraq tumuna qədər qidalana bilirlər. Bunun nəticəsində meyvə üzərində dəliklər əmələ gəlir və zədələnmiş meyvələrin əmtəəlik keyfiyyəti aşağı düşür. Respublikada alma meyvəyeyəni mövsüm ərzində 2-3 nəsil verir.

Xatırladaq ki, adı çəkilən layihə üçün pilot ərazilər olaraq Quba və Qusar rayonları, meyvə növləri olaraq isə alma, gilas, şaftalı və nektarin seçilib. Bu ilin aprelin 30-na kimi Quba və Qusar rayonlarında qeyd olunan meyvə təsərrüfatları ilə məşğul olan fermerlərə ümumilikdə 9759 SMS bildiriş göndərilib. Növbəti illərdə layihənin digər iqtisadi rayonlarda yetişdirilən əsas meyvə və tərəvəz növləri üzrə tətbiqi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin