BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
11987

Azərbaycanda pambıq əkini prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, pambıq əkilən sahələr aqrotexniki qaydalara uyğun olaraq hazırlanmış və səpin üçün lazım olan bütün texnikalar ilə təmin edilib. 

"Aqroservis" ASC tərəfindən əkin üçün fermerlərə lazım olacaq bütün texnika dəstəyi və mineral gübrə təminatı operativ şəkildə ödənilir. Belə ki, yazlıq pambıq əkini üçün şumaltı gübrə olaraq ammofos gübrəsi də verilir.

Cəmiyyətin bütün regional nümayəndəliklərində və rayon bölmələrinin gübrə anbarlarında, həmçinin uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə səyyar xidmət vasitəsi ilə fosforlu mineral gübrələrin fermerlərə çatdırılması təşkil edilir. Səyyar xidmətlər gündəlik olaraq ölkə ərazisində 20 nöqtədə fəaliyyət göstərir. Növbəti həftə Azərbaycanda qeyri-iş günləri olmasına baxmayaraq, mövsümü işlərin dayanmaması üçün "Aqroservis" ASC-nin rayon bölmələri gücləndirilmiş iş rejimində işləyəcəklər. Bu müddət ərzində fermerlər Cəmiyyətin rayon bölmələrinə müraciət edərək xidmətlərdən istifadə edə biləcəklər.

Ümumiyyətlə, "Aqroservis" ASC pambığın əkinində lazım olacaq aqrotexniki xidmətlərlə bağlı fermerlərə dəstək olmağa davam edir. Hazırda pambıq əkini üçün sahənin şumlanması, səpini, kultivasiyası və s. işlərin həyata keçirilməsi üçün ASC tərəfindən fermerlərə aqrotexniki xidmətlər göstərilir.

Qeyd edək ki, həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin