Nəqliyyat
03.05.2021 / 18:20
Bu il 4 milyon tona yaxın yük daşınıb - ADY
11865
2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769 min ton yük daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.
Valyuta.az QSC-nin hesabatına istinadən xəbər verir ki, yük daşımalarının 1 milyon 901 min tonu və yaxud 50,4%-i beynəlxalq (idxal-ixrac) daşımalar təşkil edib.
Bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.
Hesabat dövründə tranzit yük daşımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 1 milyon 285 min ton təşkil edib. Daxili yük daşımaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 582 min ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay