BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
11811

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib, ölkəmizdə yeni növ peyvəndin tətbiqinə başlanılır.

Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlıaçıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ölkəmizə yeni növ vaksinlərin gətirilməsinin və bu gündən etibarən tətbiqinə başlanmasının çox sevindirici hal olduğunu qeyd edib.

O bildirib ki, bütün bunlar ilk növbədə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına göstərdiyi böyük diqqətin bariz nümunəsidir:

“Bilirsiniz ki, bu gün dünyada peyvəndlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliklər və ikilistandartlar mövcuddur və bir çox ölkələr ya hələ də peyvəndi əldə edə bilməyib, ya da məhdud sayda əldə edib. Lakin Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz vaxtında və kifayət qədər peyvənd əldə etməyi bacarıb. Artıq insanlar üçün peyvənd seçimi etmək imkanı da yaranıb, vətəndaşlarımız istədiyi peyvəndi seçib vurdura bilər. Bu əlbəttə ki, çox sevindirici haldır və virusa qarşı daha effektiv mübarizə aparmaqla bu bəladan daha tez azad olmağımıza və normal həyata qayıtmağımıza imkanları artırır".

Dövlətin vaksinlərlə bağlı lazımi tədbirləri gördüyünü deyən millət vəkili bildirib ki, ölkəmizə yetərincə vaksinin gətirilməsi təmin edilib: 

"Lakin koronavirusa qarşı mübarizənin daha effektli olması üçün vətəndaşlarımız da öz üzərinə düşən vəzifəni yerin yetirməli və vaksinasiya prosesində aktiv iştirak etməlidir.

Vaksinasiya yeni başlayanda onun mənfi təsirləri haqqında bəzi şayələr gəzirdi, lakin zaman keçdikcə, insanlar peyvənd olunduqca bu şayələrin əsassız olduğu məlum oldu. Bu gün eyni zamanda dünyada əhalisinin böyük hissəsi peyvənd olunaraq normal həyata dönən ölkələr də var və buna misal olaraq İsraili göstərmək olar. Bəs bizim qarşımızı kəsən nədir? Ölkəmizə yetərincə vaksin gətirilib, insanlar üçün hətta vaksin seçim etmək imkanı da yaradılıb.

Bu gün biz toyların keçirilməsinə icazə verilməsini, “Mall”arın açılmasını istəyirik, karantin rejiminin yumşaldılmasını istəyirik, amma bunun üçün vacib olan vaksinasiya prosesində fəallıq göstərmirik".

Deputat düşünür ki, insanlar bu barədə düşünməlidir və hazırda virusdan qurtulmağın yeganə yolunun peyvənd olduğunu bilməlidir: 

"İnsanlarımız nə qədər aktiv şəkildə vaksinasiya prosesində iştirak etsələr, bir o qədər tez zamanda kütləvi immunitet yaranar və karantin rejimi yumşaldılar, toyların keçirilməsinə, “Mall”arın açılmasına icazə verilə bilər. Yəni hər şey artıq insanların öz əlindədir, əgər normal həyata qayıtmaq istəyiriksə, vaksinasiyada aktiv iştirak etməliyik, qoyulan qaydalara riayət etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin