Energetika
30.04.2021 / 15:24
Bu il 500 minə yaxın sayğacın yoxlanılması planlaşdırılıır – “Azəriqaz”
11760
“Ölkə ərazisində köhnə sayğacların yeniləri ilə əvəz edilməsi prosesi davam edir”.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumatna görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, sayğacların yoxlanılması məcburi prosesdir:
“Çünki əhali üzrə sayğaclar 5 ildən bir dövlət yoxlamasına çıxarılır. Qeyri-əhali üzrə isə proses 3 ildən bir həyata keçirilir. Hazırda proses davam edir. Əgər sayğac əvvəldən ödənişli, yəni Smart tiplidirsə, sayğac dəyişdirilərkən əhaliyə seçim hüququ vermişik”.
R. Əliyev bildirib ki, ötən il bu rəqəm 480 min olub:
“Bu il isə 500 minə yaxın sayğacın yoxlanılması planlaşdırılıır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay