BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
11718
İmtahanda 17707  şagirdin iştirakı nəzərdə tutulur


Bu gün respublikanın 15 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Valyuta.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Aprelin 30-da Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda 17707 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Avro, rubl və lirə manat qarşısında bahalaşdı - Məzənnə

İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı (VİDEO)

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

Azərbaycan neftinin qiyməti bahalaşıb

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

Məşhur fransız avtomobili yeni formatda buraxılacaq - FOTO

Bu gün bu ərazilərdə qaz olmayacaq

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin