“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusu qazılacaq
"Şəfəq-Asiman" dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189 m dərinlikdə tamamlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabatda qeyd edilib.
Hesabatda qeyd edilir ki, dayazsulu Abşeron blokunda qazılacaq ilk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2021-ci ilin yanvar ayında dövlət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınmış olub.
Hazırda “D-230” dəniz blokunda seysmik məlumatların interpretasiyası davam edir.
Qeyd edək ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay