BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11630

Son bir ildə ölkədə ard-arda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçıları həbs edilsə də, bu, digər icra başçılarına dərs olmur. İki gün öncə də Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçısı Alimpaşa Məmmədov və onun birinci müavini, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimovun saxlanıldığı bildirilir.

Maraqlıdır, daha nə etmək lazımdır ki, ölkədə icra başçılarının özbaşınalıqlarının qarşısı effektiv surətdə alınsın?

Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsi nə birinci, nə də sonuncu olacaq.

Onun sözlərinə görə, son bir ildə icra başçılarının həbs edilməsinə baxmayaraq, digər icra başçılarının yenə də özbaşınalıqlar etməsi onu göstərir ki, funksional olaraq icra hakimiyyəti institutu öz miladını doldurub:

“İcra hakimiyyətləri indiki dövrün tələblərini qarşılaya bilmir. Bildiyiniz kimi, son bir ildə kifayət qədər icra başçısı həbs edilib. Əlbəttə, saxlanılan icra başçıları günahkardır. Lakin hesab edirik ki, korrupsiyanın kökünü kəsmək üçün struktur islahatı qaçılmazdır.

Düşünürəm, Azərbaycan kimi kiçik bir ölkədə 80-nə yaxın inzibati ərazi vahidinin olmasına ehtiyac yoxdur. Bu, həm büdcəyə əlavə yükdür, həm də idarəetmənin effektivliyini aşağı salır. İndiki halda ən effektiv təklif mövcud rayonların 12 iqtisadi rayon ətrafında birləşməsidir.

Prezident regionlara birbaşa öz şəxsi nümayəndəsini təyin etməlidir. Həmin bu şəxslər regionlarda qanunvericiliyin təmin edilməsində yaranan problemlərlə məşğul olmalıdırlar. Təsərrüfat fəaliyyətləri ilə isə yerli özünüidarəetmə orqanlarının nümayəndələri, merlər, qəsəbə sədrləri, kənd rəhbərləri və s. məşğul olmalıdır”.

Hüquqşünas Səməd Vəkilov isə bildirib ki, son bir il ərzində ölkə qanunlarına tabe olmayan, vətəndaşların hüquqlarını pozan icra başçılarının həbs edilməsi təqdirəlayiq hərəkətdir:

“Bununla belə qeyd etmək lazımdır ki, ayrı-ayrı rayonların icra başçılarının həbs edilməsi keyfiyyət dəyişikliyinə səbəb olmur. Hətta cənab Prezident tərəfindən təyin edilən gənc, Qərb təhsilli icra başçıları da xidmətdə olduğu rayonlarda kifayət qədər qanunsuzluqlara yol verir. Xüsusilə də vətəndaşların qəbul prosesi, operativlik, problemin dəqiq həlli kimi məsələlərdə hələ də ciddi problemlər mövcuddur.

Əlbəttə, həbslərin, qanunsuzluqlara qarşı hüquq-mühafizə orqanlarının iradə ortaya qoymasının təsiri var. Lakin arzuladığımız səviyyədə deyil. Bildiyiniz kimi, hazırda əksər dövlət qurumlarında ictimai şuralar fəaliyyət göstərir. Düşünürəm, icra hakimiyyəti orqanlarında da ictimai şuralar fəaliyyət göstərməlidir. Həmin bu ictimai şuralarda rayon ağsaqqalları, ictimai fəallar iştirak etməlidir. Onu da deyim ki, bu şuralar icra hakimiyyətinin fəaliyyətini tərifləmək üçün deyil, əksinə, onların mövcud problemlərini dilə gətirmək üçün olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin