Nəqliyyat
28.04.2021 / 14:12
Bu il Bakıda 7,5 km uzunluqda velosiped yolu inşa ediləcək
11605
Şəhərin mərkəzi və Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşası layihələndirilib.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bakı şəhərinin Baş Planında nəzərdə tutulan velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay