Kosmik Agentliyi kosmik sahənin təkmilləşdirilməsinə xidmət edəcək - NAZİR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Prezident İlham Əliyevin “Azərkosmos” ASC-nin Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilməsi ilə bağlı verdiyi Fərmanı şərh edib.
Valyuta.az xəbər verir ki, nazir özünün "Twitter" hesabında, Kosmik Agentliyin dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması və ölkəmizdə kosmik fəaliyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcəyini yazıb.
R.Nəbiyev qeyd edib ki, eyni zamanda, bu Fərman dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların daha effektiv həyata keçirilməsi, ölkəmizin beynəlxalq kosmik layihələrdə iştirakı və beynəlxalq təşkilatlar, xarici dövlətlərin aidiyyəti dövlət və özəl qurumları ilə əməkdaşlığına yeni nəfəs gətirəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay