BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
11512

Azərbaycandan Türkiyəyə ildə 6,6 milyard kubmetr qaz tədarük olunması ilə bağlı 2001-ci ildə imzalanmış müqavilənin müddəti aprelin 16-da başa çatıb.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə "S&P Global Platts" agentliyi məlumat yayıb.

Bununla bağlı açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib ki, 16 aprel son qaz tədarükü günü olub.

"S&P Global Platts"dakı mənbənin sözlərinə görə, Türkiyənin "Botaş" şirkəti ilə "Şahdəniz" konsorsiumunu təmsil edən Azərbaycan Qaz Şirkəti (AGSC) arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar davam edir, tədarük dayandırılıb.

Eyni zamanda qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə Türkiyədə qaza tələbat azalır və bundan başqa, idxal üçün digər variantlar da mövcuddur. Mənbənin sözlərinə görə, buna görə də müqavilənin dərhal uzadılması ilə bağlı kəskin zərurət yoxdur.

Digər mənbələrin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında sıx münasibətləri nəzərə alaraq, ehtimal etmək olar ki, müqavilə bir qədər fərqli şərtlərlə uzadıla bilər.

Eyni zamanda TANAP boru kəməri operatorunun nümayəndəsi bildirib ki, aprel ayı üçün tranzit həcmlərinin artırılması ilə bağlı müraciət daxil olmayıb və gələcəkdə tranzit həcmlərinin artırılması planlaşdırılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin