Energetika
27.04.2021 / 12:07
BP bu ilin I rübünü mənfəətlə baş vurub - HESABAT
11509
BP neft şirkəti bu ilin I rübünü 4,667 milyard ABŞ dolları mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 4,365 milyard ABŞ dolları zərərlə çıxmışdı.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu ilin I rübündə BP-nin aktivləri 269,925 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə BP-nin öhdəlikləri 1,5% azalaraq 179,339 milyard ABŞ dollara, balans kapitalı 5,9% artaraq 90,586 milyard ABŞ dollara, nizamnamə kapitalı isə 6,6% artaraq 75,959 milyard ABŞ dollara çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay