BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11451

"Təxminən son 10 ildə (2011-2020-ci illər) ölkə üzrə pensiyaçıların ümumi sayı 1.7% (22 min nəfər) azalıb".

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, bu statistika ölkənin bölgələri üzrə çox fərqli dəyişib:

"Məsələn, Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzrə 7% artım qeydə alınıb. Qobustanda 19%, Ucarda 18%, Qusarda 16% azalma olub. Pensiyaçıların sayındakı eniş yaşa görə pensiyaçıların sayındakı azalma nəticəsində baş verib - son 10 ildə pensiya yaşının 4 ilə yaxın artırılması nəticəsində. Yaşa görə pensiyaçıların sayı ölkə üzrə 11% azalıb. Bölgələr üzrə dinamika belədir: Bakı şəhəri üzrə 8%, Abşeron üzrə 7%-ə yaxın artıb. Lakin Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Qusar, Quba, Yevlax, Ağdaş və Zərdab kimi rayonlar üzrə 20-32% intervalında azalma qeydə alınıb”.

İqtisadçının sözlərinə görə, 2011-2020-ci illərdə əlilliyə görə pensiya alanların sayı ölkə üzrə 18% artıb:

"Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66%), Saatlı və Abşeron (44%), Zərdab (43%), Şirvan (38%), Göygöl (34%), Yardımlı (31%), Ağcabədi və Beyləqan (26%) kimi bölgələrdə olub. Ən az artım isə Salyan (1,8%), Naxçıvan MR (2.2%), Quba və Neftçala (4%), Göyçay, Ucar və Balakən (5%), Lerik, Lənkəran və Bərdə (6-7%) İsmayıllı və Qobustan (9%) və s. ərazilərdə olub.   

Onun fikrincə, diqqətçəkən ən vacib hissə ailə başçısını itirməyə görə pensiya alanların sayının bəzi bölgələrdə həddən artıq yüksək artım göstərməsidir: 

"Ölkə üzrə artım 6% olub. Lakin Abşeron rayonu üzrə 65%, Göygöl və Kürdəmir üzrə 40%, Salyan və Cəlilabad üzrə 20-24% intervalında artım, Goranboyda 65%, Ağsuda 40%, Ucarda 25%, Balakəndə 20% azalma qeydə alınıb”.

R.Ağayev bildirib ki, 2020-ci ilin nəticələrinə görə, ölkə əhalisinin 12.7%-i pensiya alıb:

"Bu göstərici Mingəçevirdə 17,2% Bakı şəhəri üzrə 16.3%, Sumqayıt, Naftalan, Gədəbəy və Daşkəsəndə 15-16% intervalında, Gəncə və Qazaxda 14%-ə yaxın, Xızıda 8.8%, Qubada və Hacıqabulda 9- 9,5% intervalındadır. Digər rayonlar üzrə 10-13% aralığında dəyişir. 2011-ci ildə bütün pensiyaçıların 26%-i Bakının paıyna düşürdü. Hazırda 29%-dən bir qədər çoxu Bakının hesabınadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin