BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
11385

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA xəbər verir ki, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 19-a təyin edilib.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan dəyib. 

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri – Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin