BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11265

Xəbər verildiyi kimi, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov həbs olunub.

Baş Prokurorluqdan Valyuta.az-a verilən xəbərə görə, onun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə  cinayət işi başlanılıb. 

Cinayət işi üzrə aparılmış intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun, həmçinin, digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib.

Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin