BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11247

“Prezident İlham Əliyevin aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsində  açılışında iştirak etdiyi obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək”.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Əvvəlcə Məhəllədə yerləşən “Azərmaş” zavodu barədə məlumat verən  deputat bildirib ki, zavod 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir: 

“Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq”.

V.İsgəndərov, Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən birinin də “Elberg” tikinti materialları üçün avadanlıqlarının istehsalı zavodu olduğunu diqqətə çatdırıb:

“Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq. “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisədə isə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək”.

O, Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti olan “Plasstech” zavodunun ildə 600-900 ton yüngül tara istehsal etmək gücündə olduğunu da diqqətə çatdırıb. 

Millət vəkili qeyd edib ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur. 

Vüqar İsgəndərov, sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən birinin isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsi olduğunu bildirib:

“Bu müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq. Xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, müxtəlif sahələri əhatə edən bu müəssisələrin açılması, eyni zamanda aqroparkların fəaliyyətə başlaması dövlətin regionlara xüsusi diqqət və qayığısını bir daha ortaya qoyur. Yəni, qeyd olunduğu kimi əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, dövlətin gördüyü işlər öz praktiki nəticələrini verməkdədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin