Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi AÇIQLANDI
Bu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 1 milyard 133,3 milyon manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 7,6% azdır.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən bildirir ki, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 011,7 mln. manatı (89,3%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay