BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
11210

Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri ilə Türkiyə vasitəsilə daşınan Azərbaycan neftinin hər barel üçün Türkiyəyə ödəniləcək (buna bənzər xətlərdə 1,5-2 ABŞ dolları səviyyəsindədir) 55 sent olan “keçid haqqı”nın artırılması ilə bağlı Böyük Britanıyanın BP neft şirkəti ilə danışıqlar yekunlaşıb.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Habertürk”-ə neft-qaz sektorunda etibarlı mənbələr bildirib.

Mənbənin verdiyi məlumata görə, Türkiyə hökuməti “keçid haqqı”larının yaxşılaşdırılması ilə artıq boru kəmərinin əsas operatoru olan BP şirkəti ilə bağlı razılıq əldə olunub.

Rəsmi Ankara BTC-nin əsas operatoru BP şirkəti ilə dünyadakı enerji daşıma şərtlərinə əsaslanaraq və bir sıra nümunələr gətirərək, boru kəməri ilə daşıma haqqının artırılması tələbi irəli sürüb. Türkiyə tərəfi iqtisadi və texniki tərəflərini izah edib. Ödənişin son dərəcə aşağı olduğu qeyd edilib.

Tərəflər bir masa ətrafında oturduqdan sonra “vəziyyət yaxşılaşıb”. Yəni, tərəflər enerji daşıyıcılarının çatdırılması ilə bağlı razılığa gəliblər. Ancaq məxfilik prinsiplərinin qorunması səbəbindən razılığa gəlinən qiymətlərlə bağlı heç bir məlumat verilmir.

Xatırladaq ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2020-ci İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib. Son bir il ərzində BTC ilə nəqlin həcmi 3,2 milyon ton və ya 10,3 % azalıb.

Qeyd edək ki, "BTC Ko."nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %, 2020-ci ilin aprelin 16-dan “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin