BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
11164
“Ticarət şəbəkələri tərəfindən istehlakçı hüquqlarının pozulması hallarına rast gəlinir”

 

İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Valyuta.az verilən məlumata görə, bu halların qarşısının alınması, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə qurumda məişət texnikası və əşyalarının, geyimlərin, mobil telefonların, mebel istehsalı və satışını həyata keçirən müəssisələrin, həmçinin xaricdən sifariş verilən malların çatdırılması ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov görüşdə bildirib ki, təhlillər ticarət şəbəkələri tərəfindən istehlakçı hüquqlarının pozulması hallarının daha çox lazımi keyfiyyətdə olmayan və ya saxta malların geri qaytarılmaması, malların dəyişmə və qaytarılma qaydalarına əməl edilməməsi, mallara zəmanət müddətinin tətbiq olunmaması, müqavilələrdə istehlakçı hüquqlarının məhdudlaşdırılması ilə bağlı olduğunu göstərir. 

“Mallar barədə düzgün məlumatın verilməməsi, məcburi sertifikatlaşdırılmalı olan mallara aid sertifikatların təqdim edilməməsi də çox rast gəlinən qanun pozuntularındandır. Bundan əlavə, istehlakçıların malların servis mərkəzlərində aparılan ekspertizaların nəticələri ilə bağlı narazılıqları və müraciətləri də artıb” – S.Məmmədov qeyd edib.

Görüşdə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, qeyd olunan halların aradan qaldırılması, istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyyələr verilib.

Şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, qanun pozuntuları barədə əsaslı faktlar aşkar ediləcəyi təqdirdə, qanunvericilik çərçivəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin