BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
11156

Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) 3-cü və 4-cü səviyyələri üzrə müvafiq kvalifikasiyaya malik olmalıdır.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramı akademik təhsil yönümlü olduqda təhsil müddəti 4 ildir (240 kredit) və buraxılış işinin müdafiəsi ilə tamamlanır. Ali təhsilin bu səviyyəsi üzrə təhsil proqramı peşə təhsili yönümlü olduqda təhsil müddəti 3 ildir (180 kredit) və buraxılış işinin hazırlanması və müdafiəsi tələb edilmir.

Layihəyə əsasən, ali təhsilin bakalavriat səviyyəsinin məzunları elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər.  Bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramları maksimum 4 il (180-240 kredit)  müddətinə hesablanır və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun təşkil edilir. Bakalavriat təhsil səviyyəsində Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 4-cü və ya 5-ci səviyyələri üzrə təhsil bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsil mütəxəssisləri hazırlanır. Bakalavriat kvalifikasiyaları aşağıdakılardır:

- müvafiq ixtisas sahəsi üzrə bakalavriat  dərəcəsi (BA);

- müvafiq ixtisas sahəsi üzrə elm əsaslı bakalavriat dərəcəsi (BSc);

- müvafiq ixtisas üzrə biznesin idarəedilməsi üzrə bakalavriat dərəcəsi (BAA).

Layihədə qeyd olunub ki, bakalavriat səviyyəsinin məzunlarına bakalavr peşə-ixtisas dərəcəsini təsdiq edən təhsil haqqında sənəd – diplom verilir. Kvalifikasiyanın əldə edilməsini təsdiq edən sənədin əlavəsində müvafiq təhsil səviyyəsinin AzMKÇ üzrə  səviyyə nömrəsi, toplanmış kreditlər və qazanılmış təlim nəticələri qeyd edilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime)  növü üzrə təhsilin normativ müddəti  3-4 ildir. Qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlbolunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən 1 il artıqdır. Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma  (fulltime)  növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Əsas (baza ali)  tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir.   

Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının qismən cəlb olunma (partime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.

Layihədə bildirilir ki, distant (məsafədən)  təhsilalma formasında bakalavriat səviyyəsində kadr hazırlığı üzrə ixtisaslar (ali təhsil proqramları) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil edilir.

Ali təhsilin qısa müddəti və ya onun ekvivalenti üzrə qazanılmış kvalifikasiyaların  təlim nəticələrinin və kreditlərinin tanınması və tənzimlənməsi mexanizmləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ali təhsilin bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə bakalavriat ali təhsil səviyyəsinin akademik təhsil və ya peşə təhsili yönümündən asılı olaraq təhsil proqramlarının  məzmunu və məzmun strukturu müəyyən edilir. Bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə həyata keçirilən təkrar ali təhsil proqramlarında kreditlərin toplanması təlim nəticələrinin qazanılması məqsədi ilə tələb edilən ümumi kreditlərin tədris prosesində götürülməsini əhatə edir. Bu zaman əvvəlki öyrənilənlərlə yeni proqram arasındakı fərq bir tədris ili və ya 60 kreditdən az olmamalıdır.

Müvafiq icra hakimiyyəti orqanı bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə proqramı uğurla bitirməmiş, lakin qazanılan təlim  nəticələri və kreditlərin AzMKÇ-nin 5-ci səviyyəsi (subbakalavriat) üzrə təhsil nəticələrinin tamamlanması halı kimi qəbul edilməsinə dair müvafiq qaydaları təsdiq edir və həyata keçirir.

Sənəddə qeyd olunur ki, bakalavriat təhsili ödənişli əsasla və dövlət sifarişi əsasında həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 50 faizinin elmi adı və elmi dərəcəsinin olması, o cümlədən 10 faizinin professor olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi - Foto

Dövlət Agentliyi: “Bazarstore” qida məhsulunu üzərindəki qiymətdən baha satıb

Azərbaycanda bu universitet 521 min manatlıq aviabilet alır

Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib

"Atəşgah Həyat" Sığortanın ödənişləri azalıb, yığımları 34,7% artıb

"Atəşgah Həyat" Sığortanın ödənişləri azalıb, yığımları 34,7% artıb

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq? - AÇIQLAMA

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Ülviyyə Bəbirova Teatra direktor təyin edildi

SAB-ın kolbasasından metal parçası çıxıb? - Fotolar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin