
20.04.2021 / 14:03
Cari ildə 2714 kommersiya qurumu dövlət qeydiyyatından keçib - RƏSMİ
11135
Cari ilin ilk rübündə 2714 kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Dövlət Vergi Xidmətindən Valyuta.az-a verilən məlumata görə, kommersiya qurumlarının 2253-ü (83 faiz) elektron qaydada, 461-i isə (17 faiz) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Bu ilin birinci rübündə 2494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25 faizlik artım deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay