BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
11107

“2020-ci ildə pandemiyanın təsiri ilə dünyada bəzi emal zavodları işlərini dayandırıb, bəziləri isə istehsal gücünü azaldıb. 2018-ci ilin oktyabrında açılışı olmuş və "Petkim"lə inteqrasiya olunmuş şəkildə fəaliyyətini davam etdirən STAR NEZ bu müddətdə rekord istehsal göstəricilərinə nail olub”. 

Valyuta.az xəbər verir ki, bunu Trend.az-a müsahibəsində, SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov söyləyib.

A.Məmmədov, bu müddətdə "Petkim"in əsas xammalı olan naftanın tədarükünün təmin olunması ilə yanaşı, daxili bazarda reallaşdırdıqları satışlarla Türkiyənin büdcə kəsirinin azalmasına mühüm töhfə verdiklərini diqqətə çatdırıb:

“STAR NEZ-də sahib olduğumuz mütərəqqi texnologiya, "Petkim"ə inteqrasiya olunma, rəqəmsallaşma üçün əlverişli olan modelimiz, optimallaşdırma prosesləri nəticəsində bu fövqəladə müddəti uğurla idarə edə bildik. Pandemiya ilə əlaqədar tələbatı azalan reaktiv yanacaq istehsal gücünü motorin istehsalına dəyişib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə 2020-ci ilin ikinci yarısından aylıq 100 faizi ötən istehsal gücü ilə illik xam neft emal gücümüzü 10,5 milyon tona çatdırdıq”.

Onun sözlərinə görə, 2020-ci ilin dördüncü rübündə bazarlarda gözlənilən canlanma vaksinasiya ilə birgə bu ilin əvvəlində də yaşanır: 

“Yerli bazarın ən böyük tədarükçülərindən olan STAR NEZ bu ilin birinci rübündə tam gücü ilə işini davam etdirir. Əvvəl də açıqladığımız kimi, pandemiya ilə əlaqədar həm yerli, həm də beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərlə nəticəsində reaktiv yanacağa tələb azaldığı üçün 1,6 milyon tonluq reaktiv yanacaq istehsal gücünü sürətli şəkildə motorin istehsalına çevirdik.

Uçuşlarda ciddi fəallıq başlayacağı təqdirdə bu gücümüzü yenidən reaktiv yanacaq istehsalına çevirmək üçün son prosesləri diqqətlə izlədiyimizi də deyə bilərəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin