BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
11073

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində arı ailələrinə görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, aprelin 19-dək EKTİS-də 8146 fermer 208921 arı ailəsini bəyan edib. Arı ailələrinin EKTİS-də bəyanı prosesi aprelin 30-da başa çatacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilən və subsidiyaların verilməsində vahid mexanizmi tənzimləyən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində subsidiya verilir. 

Reqlamentə əsasən, arıçı fermerlər EKTİS-də arı ailələrinin (pətəklərinin) qeydiyyatını həyata keçirir və hər il aprel ayının 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir. EKTİS-də mövcudluğu təsdiqlənmiş arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciəti (elektron bəyannamə) formalaşır və fermerin kabinetinə göndərilir. May ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən  seçmə üsulla monitorinqlər təyin ediləcək. Monitorinqlər rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən yerində müşahidə üsulu ilə keçiriləcək. 

Monitorinq zamanı fermerin bəyannaməsində göstərilən məlumatlardan fərqli hallar müəyyən edildikdə, fermerin bununla əlaqədar  subsidiya məbləği azaldılır və azalma elektron kabinetində əks olunur.  Əgər fermer monitorinqin nəticəsinə 15 gün ərzində etiraz edərsə, onda situasiya fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir. 

Müraciətlər DAİM tərəfindən təsdiq edildikdən sonra AKİA  subsidiya ödənişini həyata keçirir.

Arıçılıq sahəsində subsidiyalar 2020-ci ildən etibarən tətbiq edilməyə başlanıb və 2023-cü ilə qədər davam etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin