QHT şurasının agentliyə çevirilməsi qərarı çoxdan gözlənilirdi – EKSPERT
"Uzun illərdir görürdük ki, ləvg edilmiş QHT şurası ayrılan vəsaitlərin qeyri-rasional xərcləməsi ilə məşğuldur”.
Valyuta.az Qaynarinfo.aza istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin fərmanı ilə yeni yaradılan dövlət agentliyindən danışarkən deyib.
Ekspert hesab edir ki, Qeyri-Hökümət Təşkilatlarının yenidən təsis edilməsində böyük yarar var:
"2012-2013-ci illərdən sonra bu sahədə fəaliyyət göstərmək üçün kifayət qədər ciddi maneələr yaradıldı. Qanunvericilikdə dəyişikliklər edildi, QHT şurası peşəkarcasına fəaliyyət göstərirdi. Belə bir qurumun agentliyə çevirilməsi çoxdan gözlənilən bir qərar idi və QHT sektoruna dövlətin yeni baxışına və münasibətinə ehtiyacı vardı. Ölkə prezidenti də dəfələrlə deyib ki, ictimai nəzarətin gücləndirilməsi ölkədə bu sahədə işlərin keyfiyyətinə müsbət təsir edəcək bir amilə çevrilməlidir. Bu anlamda QHT şurasının ləvg edilib yeni bir agentliyin yaradılması irəliyə doğru növbəti addım kimi dəyərləndirmək olar. Bunun ardıcıllığı da olmalıdır”.
Natiq Cəfərli bununla parallel QHT qanunvericiliyinə də pozitiv dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb:
"QHT-lərin fəaliyyəti ilə bağlı işlərin daha da asanlaşdırılması istiqamətində addımlar atılmalıdır. Agentlik fəaliyyətini tamamilə yeni əsaslarla qurmalıdır. Dünyanın hər yerində QHT-lər hökumətlər üçün çox yaxşı məsləhətçidir. Bizdə ayrı-ayrı layihələrin olmasındansa və onların hər birinə vəsait ayrılmasındansa indi yeni bir metoda keçid üçün əsas yaranıb. Yeni yaradılan agentlik vasitəsi ilə QHT-lər bir başa dövlət idarələri, nazirliklərdən sifarişlər ala bilərlər. Bu agentlik dövlət orqanları arasında bir körpü rolunu oynamalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay