Dübəndi neft terminalında nə qədər neft və neft məhsulları aşırııb - RƏQƏMLƏR
Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmi artıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Valyuta.az-a verilən xəbərə görə, bu ilin birinci rübündə Quru yük terminalında aşırılan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz artaraq 290 min 883 ton olub.
Bu yüklərin əsas hissəsini də Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.
Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb.
Belə ki, cari ilin ilk rübündə aşırılan neft və neft məhsullarının həcmi 437 min 310 ton təşkil edib.
Bərə terminalında isə müvafiq dövrdə 6611 vaqon aşırılıb.
Bunlardan 4897 vaqon Bakı-Türkmənbaşı-Bakı (74 faiz), 1714 vaqon isə Bakı-Kurık-Bakı (26 faiz) istiqamətində hərəkət edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay