BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
11032

Dünya Bankı Azərbaycan üçün "Ağıllı kənd"in perspektivlərilə bağlı analiz hazırlayıb. 

Valyuta.Az xəbər verir ki, təhlillə bağlı iqtisadçı ekspert Rövşən Ağayev məlumat yayıb. 

Analizdə Azərbaycanda kəndlər üçün informasiya texnologiyalarının zəif inkişafı əsas problemlərdən biri kimi görünür: 

"Kəndlərdə internetə çıxış şəhərlərlə müqayisədə 20% aşağıdır. Mobil rabitənin qiymətinin ucuz olmadığı görünür. Dünya Telekommunikasiya İttifaqının reytinqində mobil xidmətlər səbətinin aylıq dəyərinə görə (8,8 USD) Azərbaycan 184 ölkə arasında 70-ci yerdədir. İnternetin sürətinə görə isə 175 ölkə arasında 111-cidir (dünya üzrə orta hesabal 23.5 Mbps)

Ölkədə cəmi 42% mobil telefon istifadəçisi genişzolaqlı mobil internetdən istifadə edir. Mobil internetdən istifadə üçün qiymətlərin əlverişli olması yetərli deyil - gərək internetdən istifadəyə imkan verən "ağıllı cihazlar" da bütün istifadəçilərdə olsun.

Cəmi 20% istifadəçinin yüksək sürətli fiber-optik internet xətlərinə çıxışı var. Yerdə qalan istifadəçilər köhnə texnologiyaların bazasında internetə çıxır.

Ölkədə bütün mobil telefon istifadəçilərinin yalnız 1 nömrədən, 35%-i isə 2 və daha çox mobil nömrədən abunəçidir”.
 
İqtisadçı ekspert Dünya Bankının Azərbaycanın "ağıllı kənd” ideyasının tətbiqi üçün nə dərəcədə hazır olduğunu qiymətləndirən indeks (”Smart village readiness index”) də hesabadığını deyib: 

"Bunun üçün 150-yə yaxın indikator əsasında qiymətləndirmə aparılıb. Hazırlıq səviyyəsi yerli inkişaf üçün iqtisadi resurslar, infrastruktur və xidmətlər, insan kapitalı, iqtisadi potensial, idarəetmə istiqaməti (sosial kapital, icmaların səfərbrəlik səviyyyəsi).

Hazırlıq səviyyəsinə görə, 1-ci yerdə qərarlaşan kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 75%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 75%, insan kapitalının yetərliliyi 86%, iqtisadi potensialın yetərliliyi 91% ətrafında qiymətləndirilir.

2-ci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 45%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 62%, iqtisadi potensialın yetərliliyi 73%, insan kapitalının yetərliliyi 64% ətrafında qiymətləndirilir.

3-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 53%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 42%, iqtisadi potensialın yetərliliyi 41%, insan kapitalının yetərliliyi 33% ətrafında qiymətləndirilir.

4-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 19%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9%, iqtisadi potensialın yetərliliyi 2%, insan kapitalının yetərliliyi 36% ətrafında qiymətləndirilir.

5-ci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 30%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9%, iqtisadi potensialın yetərliliyi 9%, insan kapitalının yetərliliyi 17% ətrafında qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi - Foto

Dövlət Agentliyi: “Bazarstore” qida məhsulunu üzərindəki qiymətdən baha satıb

Azərbaycanda bu universitet 521 min manatlıq aviabilet alır

Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin