Azərbaycandan xarici ölkələrə ixrac edilən təbii qazın həcmi AÇIQLANDI
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 6 mlrd 165 mln 450,44 min kubmetr təbii qaz ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, ötən üç ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 867 mln 067,72 min ABŞ dolları təşkil edib.
Bu həcmlərin 4 mlrd 118 mln 611,23 min kubmetri Türkiyəyə, 1 mlrd 494 mln 258,33 min kubmetri Gürcüstana ixrac edilib.
Bundan başqa, ötən üç ay ərzində İtaliya 435 mln 014,35 min kubmetr, Yunanıstana 57 mln 848,05 min kubmetr, Bolqarıstana isə 59 mln 718,48 min kubmetr təbii qaz ixrac edilib.
Türkiyəyə yanvar-mart aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 548 mln 955,64 min ABŞ dolları, Gürcüstana 203 mln 954,3 min ABŞ dolları təşkil edib. Həmçinin, bu ilin ilk rübündə İtaliyaya 89 mln 911,14 min ABŞ dolları, Yunanıstana 16 mln 212,32 min ABŞ dolalrı və Bolqarıstana isə 8 mln 034,33 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay