Energetika
16.04.2021 / 17:19
Bu il Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi ARTIB
10954
2021-ci ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 4 milyard 539,8 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51,5% çoxdur.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 46,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 9 milyard 811 milyon kubmetr qaz (artım 12,8%) nəql edilib.
Qeyd edək ki, hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay