Xəbər
16.04.2021 / 19:20
“Garant Holding”ə bağlı şirkət “Gilan Holding”i məhkəməyə verdi
10950
"Fortis Group" MMC "Gilan Holding" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə baxışı bu gün - 16.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilib.
Açıqlanan məlumata görə, məhkəmə iddiasının səbəbi tərəflər arasındakı alqı-satqı müqaviləsi üzrə mübahisədən irəli gəlir.
Onu da qeyd edək ki, “Fortis Group” MMC vaxtı ilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garan Holding”in törəmə müəssisəsi olub. “Gilan Holding” MMC-yə isə vaxtı ilə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovun oğlanları – Tale və Nicat Heydərovlar rəhbərlik edib. //Yeniavaz.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay