
12.04.2021 / 17:27
\"Qeyri-neft ixracı 16% artıb\" - Mikayıl Cabbarov
10704
Bu ilin I rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.
Valyuta.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bu, Azərbaycan iqtisadiyyatının koronavirus (COVID-19) pandemiyası dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”, - deyə nazir əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay