BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10618

2021-ci ilin birinci rübündə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta üzrə gəlirləri proqnozdan xeyli artıq olub. Bu dövrdə proqnoza nisbətən vergilər üzrə 21,1 faiz çox, məcburi dövlət sosial sığorta üzrə 13,6 faiz çox gəlir əldə edilib. 

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında yazıb. 

Sfera.az bildirir ki, 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2,086 milyard manat təşkil edib. Faktiki vergi yığımı proqnozdan 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri neft-qaz sektorunun payına düşüb.

Məcburi dövlət sosial sığorta ayırmaları üzrə 895 milyon manatdan artıq vəsait daxil olub ki, bu da nəzərdə tutulandan 107 milyon manat çoxdur. Əlavə daxilolmanın 75,1 milyon manatı, yəni 70,2 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb. 

Nazir daxilolmaların artmasının əsas səbəbini iqtisadiyyatda və əmək bazarında şəffaflığın artması ilə izah edib.

Bəs, şəffaflaşdırma vergi və məcburi dövlət sosial sığorta ayırmalarını nə qədər artıra bilər, burada potensial böyükdürmü? 

Bununla bağlı Sfera.az saytı ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, şəffaflaşdırmanı artırmaqla, kölgə iqtisadiyyatının miqyasını kiçiltməklə dövlət büdcəsinin və DSMF-nin gəlirlərini xeyli artırmaq olar. O Dünya Bankının apardığı qiymətləndirmələrə istinadən qeyd etdi ki, qeyri-neft sektorunda gizli iqtisadiyyatın payı 63 faizdir. Ekspert yerli təşkilatlar tərəfindən aparılan sorğuların da bənzər nəticələri üzə çıxartdığını söylədi: 

"Bununla bağlı bizim soğru əsasında qiymətləndirmələrimiz də olmuşdu. Sorğu nəticəsində bəlli oldu ki, iqtisadi subyektlər ən yaxşı halda öz dövriyyəsinin 20 faizini leqallaşdırır. Əmək bazarında da vəziyyət oxşardır. Ölkəmizdə təxminən 5 milyon nəfər məşğul insan var, amma 1,7 milyonun əmək müqaviləsi var, təxminən 170 min şəxs də aktiv vergi ödəyicisidir. Deməli, əmək bazarının özündə də gizli iqtisadiyyatın miqyası böyükdür”. 

R.Həsənov mövcud potensialı nəzərə alaraq proqnozlaşdırır ki, şəffaflaşdırma hesabına qeyri-neft sektorundan toplanan vergiləri və rüsumları 60-70 faiz artırmaq olar: 

"Hökumətin postpandemiya dövründə qarşısından dayanan əsas məsələ iqtisadiyyatın leqallaşdırılması yolu ilə büdcə daxilolmalarının və DSMF-nin gəlirlərinin artırılmasıdır. 

Amma sadəcə daxilolma ilə iş bitmir. Dövlət büdcəsindən xərcləmələrdə də şəffaflıq gücləndirilməlidir. Çünki kölgə iqtisadiyyatı sahibkarların yaratdığı vəziyyət deyil. Bu, ümumi mühitin yaratdığı situasiyadır. Burada hökumətin özü də dövlət vəsaitlərinin səmərəli, şəffaf xərclənməsində maraqlı olmalıdır, hesabatlılıq təmin edilməlidir. Dövlət xərclərində səmərəliliyin, hesabatlılığın artırılması iqtisadiyyatda şəffaflaşmanın genişlənməsini dəstəkləyir”.

Ekspert bununla belə düşünür ki, kölgə iqtisadiyyatını sıfır səviyyə salmaq mümkün deyil: 

"Azərbaycan üçün kölgə iqtisadiyyatının miqyası 10-15 faiz olsa, məqbuldur. 

Kölgə iqtisadiyyatının əsasını məmur biznesi təşkil edir. Buna görə də məmur biznesi ilə mübarizə vəziyyəti kölgə iqtisadiyyatının miqyasına və aradan qalxma müddətinə təsir edən əsas faktor olacaq. 

Kölgə iqtisadiyyatının kiçildilməsi səviyyəsi hamıya eyni münasibətin göstərilməsindən də asılı olacaq. Məmur biznesi illeqal olduğu təqdirdə bazarın digər iştirakçıları da illeqal çalışmalı olur. Qanuni çalışanların xərcləri artır və məhsulun maya dəyəri yüksəlir. Bu da onların qiymət rəqabətində uduzmasına, sonra isə iflasına səbəb olur. Ona görə də vəziyyəti nəzərə alaraq onlar da qeyri-şəffaf fəaliyyət göstərməyə meyillənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin