
ƏDV üzrə geri ödənişin faizi artırılsın - Ekspertdən təklif
"ƏDV üzrə ödənişlərin geri qaytarılması mexanizmi təkmilləşdirilməlidir. İstehlakçıların kassa əməliyyatlarına nəzarəti gücləndirmək üçün geri ödənilən faizlər artırılmalıdır”.
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
R.Həsənovun fikrincə, yaxşı olar ki, nağd dövriyyə üçün geriödəmə faizi 25-ə, nağdsız ödəmə üçün 35 faizə çatdırılsın. Onun sözlərinə görə bu halda insanlar prosesdə daha aktiv iştirak edəcək, rəsmiləşdirilən dövriyyənin həcmi artacaq:
"Geriödənişin faizinin artırılması insanların gəlirini artırmaqla bərabər, hökumətə iqtisadi dövriyyə nəzarəti gücləndirmək imkanı verəcək, iqtisadiyyatda leqallaşma vəziyyəti daha da yaxşılaşacaq”.
Qeyd edək ki, hazırda nağd ödənişlər üzrə ƏDV-nin 10 faizi, qeyri-nağd ödənişlər üzrə 15 faizi qədərində məbləğ geri qaytarılır. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay